Ötən illə müqayisədə budəfəki çıxışım daha yaxşı alındı.
"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan avarçəkıni Əlimurad Hacızadə “Prezident kuboku 2025” beynəlxalq reqatasında jurnalistlərə açıqlamasında deyib..
Kayak növündə 1000 metr məsafəyə mübarizədə qızıl medal qazanan idmançı qələbəyə görə şad olduğunu söyləyib:
"Çox gərgin və mübarizəli reqata oldu. Soyuqqanlı şəkildə mübarizəmizi davam etdirdik. Bütün bacarığımı ortaya qoydum. Rəqiblərimlə artıq bir neçə dəfə qarşılaşmışdım. Ötən illə müqayisədə bu dəfəki çıxışım daha yaxşı alındı".