Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyunlar çərçivəsində iki matç keçirilib.
Liqa mərhələsində Azərbaycan çempionu "Qarabağ"la qarşılaşan komandalardan ikisi Londonda üz-üzə gəlib. "Tottenhem" "Bodo Qlimt"i sınağa çəkib. Meydan sahibləri 3:1 hesabı ilə qalib gələrək, böyük üstünlük qazanıblar.
Digər matçda isə "Böyük beşlik" təmsilçiləri görüşüb. "Atletik" "Mançester Yunayted"i qəbul edib. Qonaq komanda gözlənilənlərin əksinə uğurlu oyun sayəsində 3 cavabsız qolla qalib gəliblər.
Avropa Liqası
Yarımfinal, ilk oyunlar
1 may
23:00. "Atletik" – "Mançester Yunayted" - 0:3
Qollar: Kazemiro, 30. Fernandes, 37 (p.); 45
23:00. "Tottenhem" – "Bodo Qlimt" - 3:1
Qollar: Conson, 1. Meddison, 34. Solanki, 61 (p.) - Saltnes, 84.
Bizim.Media