"Həkimlərimizə baxsaq, onlar estetikin o qədər içinə giriblər ki..."
News24.az xəbər verir ki, bunu müğənni Nadir Qafarzadə RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində deyib.
"Rusiyada həkimlərə estetik, uzun dırnaq, dırnaqda boya olmaz. Bizdə isə, gedirsən həkimin yanına elə bilirsən ki, modeldir. Bədən şəkilləndirməsi, dodaqlar yekə, gözlər belə, sən həkimsən e. Mənə elə gəlir onlar savadsız həkimdirlər.
Xristian ölkələrinə gedəndə görürdüm ki, oradakı qadınlar o qədər sadə gəzirlər, makiyaj sıfır dərəcəsindədir. O ölkələrdə ancaq ərəbləri, müsəlman qadınlarını makiyajlı görə bilərsən", - deyə müğənni bildirib.
Davamı videoda:
Günel Məlikzadə