"Çelsi" klubu Entso Fernandesi satmağı düşünmür.
Offsideplus.az xəbər verir ki, "Real" argentinalı yarımmüdafiəçi ilə yaxından maraqlanır. "Zadəganlar" isə onu komandada saxlamaq istəyir.
Bu barədə "Sky Sports News" məlumat yayıb.
Fernandes 2023-cü ilin yanvarından "Çelsi"də çıxış edir. O, cari mövsüm 41 oyunda 6 qol vurub və 13 məhsuldar ötürmə edib.