“Vektor.Az” MMC ləğv olunduğunu elan edib.
Valyuta.az xəbər verir ki, şirkət bu ilin yanvar ayında nizamnamə kapitalını da azaltmışdı.
Belə ki, cəmiyyətin 30.060.000 manat nizamnamə kapitalı iştirakçının mayasının nominal dəyərinin azaldılması yolu ilə nisbəti saxlanılmaqla 1.500.000 manat azaldıldı. Nəticədə nizamnamə kapitalı 28.560.000 manat təşkil etmişdi.
Qeyd edək ki, sözügedən şirkət 2020-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi isə Məmmədov Mübariz Məmməd oğludur.
Maya Hüseynova