Vyanada SSRİ-nin nasizm üzərində qələbəsinə həsr olunmuş və xilasgar-əsgərin abidəsi önündə baş tutan “Qələbə mahnısı” adlı konsert demokratiya prinsiplərinə ziddir və müharibə təbliğatıdır.
Herbiand.az bildirir ki, bu barədə Ukraynanın Avstriyadakı səfiri Vasili Ximinets X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Demokratiya və dəyərlər haqqında çox danışmaq olar, amma eyni zamanda müharibə təbliğatı olan belə tədbirlərə də icazə vermək nə deməkdir?”, - səfir deyib.
O, konserti ləyaqətsiz və biabırçı adlandıraraq, demokratiya və beynəlxalq hüququn zəiflətdiyini yazıb.
Bəxtiyar CƏFƏRLİ