Bu gün, mayın 2-də İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem ad gününü qeyd edir.
Devid Bekhemin 50 yaşı tamam olur
Gettyimages.ru
Dünyanın ən tanınmış futbolçularından birinin 50 yaşı tamam oldu.
Bekhem 2013-cü ilin iyulunda karyerasını bitirdi. Ümumilikdə yarımmüdafiəçi karyerası ərzində bütün turnirlərdə 718 oyun keçirib, 127 qol vurub və 213 məhsuldar ötürmə edib.
Peşəkar karyerası ərzində Bekhem “Mançester Yunayted”, “Real Madrid”, “Milan”, “Paris Sen-Jermen” və “Los Anceles Qalaksi” kimi klublarda çıxış edərək, onlarla 20 kubok qazanıb.
Bundan əvvəl Devid Bekhem 2003-cü ildə "Mançester Yunayted"dən "Real Madrid"ə keçdiyi haqda danışmışdı.