AZ

ABŞ ordusu 2027-ci ilə qədər tamamilə modernləşdiriləcək

Pentaqonun rəhbəri Pit Heqset ABŞ Ordusunun satınalma sistemində islahat və transformasiya əmri verib. İslahat çərçivəsində 2027-ci ilə qədər qoşunların uzaqmənzilli raketlərlə təchiz edilməsi planlaşdırılır.

Editor.az bildirir ki, bu barədə departamentin saytında yazılır. Başlıca məqsədə həmçinin 2026-cı ilə qədər hər bir diviziyanın pilotsuz uçuş aparatları və yer və hava hədəflərinin məhv edilməsi vasitələri ilə təchiz edilməsi, 2027-ci ilə qədər süni intellektə əsaslanan qoşunlara nəzarət sisteminin tətbiqi daxildir. 2028-ci ilə qədər tələb olunan miqdarda döyüş sursatının istehsalı üçün sənaye bazasının modernləşdirilməsi planlaşdırılır.

Bundan əlavə, Pit Heqset “səmərəsiz və ya lazımsız” proqramların, satınalmaların və Ordunun ehtiyatlarının optimallaşdırılmasının azaldılmasını əmr edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr