AZ

Helsinki Azərbaycan Evində icma üzvləri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Finlandiyanın Helsinki şəhərində fəaliyyət göstərən AzərbaycanEvində bu ölkədə yaşayan soydaşlarımızla görüş keçirilib.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, görüş Azərbaycanın Dövlət Himnininsəsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarındankeçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yadolunması ilə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyevtəmsil etdiyi qurumun layihələri barədə məlumat verib,Finlandiyadakı icmanın və Azərbaycan Evinin diaspor siyasətinəverdiyi töhfələri dilə gətirib. Dünyanın müxtəlif ölkələrindəfəaliyyət göstərən Azərbaycan Evlərinin mədəniyyətimizin vətariximizin təbliğində, ölkəmizlə bağlı həqiqətlərin dünyaictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət daşıdığını qeydedib. Prezident İlham Əliyevin xaricdəki azərbaycanlılara anadilini unutmamaları ilə bağlı tövsiyəsini də xatırladıb.

Azərbaycan Respublikasının Norveç, İsveç, Finlandiya vəDanimarkadakı səfirliyinin birinci katibi Əsgər NağıyevSkandinaviya ölkələrindəki icmamızın fəallığından və AzərbaycanEvinin uğurlu işindən danışıb.

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiyaüzrə koordinatoru, Helsinki Azərbaycan Evinin rəhbəri ÜlviyyəCabbarova evin və məktəbinin fəaliyyəti barədə məlumat verib,Finlandiyadakı Azərbaycan icmasına göstərilən dəstəyə görəAzərbaycan dövlətinə minnətdarlığını ifadə edib.

Həftəsonu məktəbinin Azərbaycan dili müəllimi Aytən Bəşirovaşagirdlərin ana dilində təhsil almağa böyük maraq göstərdiklərinivə onların sıralarının get-gedə daha da genişləndiyinibildirib.

Azərbaycan Evinin nəzdindəki həftəsonu məktəbinin şagirdlərininxüsusi proqramla çıxışından sonra “Bülbül” ana dili kitabı təqdimolunub. Kitabın müəllifi, Londonda yaşayan soydaşımız EmiliyaCəbrayılova yeni nəşr haqqında məlumat verib. Görüş iştirakçılarıbelə bir kitabın hazırlanmasını müsbət qiymətləndirib, kitabınazərbaycanlı uşaqların ana dilini öyrənmələrinə xüsusi bir töhfəolduğunu qeyd ediblər.

İcma görüşündə Skandinaviya AKŞ-nin Finlandiya üzrə yenikoordinatoru seçilib. Daha sonra “Finlandiya-Azərbaycan DostluqCəmiyyəti”nin sədri Təranə Nəzərovaya təltif olunduğu “Diasporfəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalıtəqdim olunub.

Xatırladaq ki, bu gün dünyanın 19 ölkəsində 30 Azərbaycan Evifəaliyyət göstərir.

Helsinki
Helsinki
Helsinki
Helsinki
Helsinki
Helsinki
Helsinki
Helsinki
Helsinki
Helsinki
Helsinki
Helsinki
Helsinki
Seçilən
0
2
az.trend.az

4Mənbələr