AZ

"Öləndə "dincəlmək" üçün çox vaxtım olacaq"

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, məşqçisi və fizioterapevtlərinin istirahət etməyi məsləhət gördüklərini, lakin bununla razılaşmadığını bildirib:

"Baş məşqçi və fizioloq mənə istirahət etməli olduğumu deyir, amma mən "yox" deyirəm. Öləndə "dincəlmək" üçün çox vaxtım olacaq".

Qeyd edək ki, ötən gün portuqaliyalı futbolçunun Avropa Liqasının yarımfinalı çərçivəsində keçirilən “Atletik”lə qarşılaşmada (3:0) dubla imza atıb.

Seçilən
0
publika.az

1Mənbələr