AZ

Sahibkarlığın İnkişafı Fondunun aktivləri 5 faiz artıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun (SİF) 2024-cü ildə əməliyyat gəlirləri 2023-cü il ilə müqayisədə 33 faiz artaraq 27 687 min manat təşkil edib.

Bu barədə Fondun 2024-cü il üzrə maliyyə hesabatında bildirilir.

Fondun əməliyyat xərcləri çıxılmaqla vergidən əvvəl mənfəəti 51 382 min manat olub. Mənfəət vergisi xərci 2024-cü ildə 4 068 min manat təşkil edib. Fond ötən ili 47 314 min manat mənfəətlə başa vurub.

31 dekabr 2024-cü il tarixinə SİF-n cəmi aktivləri 5 faiz artaraq 1 057 388 min manat, öhdəlikləri 1 057 388 min manat təşkil edib.

Seçilən
0
1
vergiler.az

2Mənbələr