AZ

BOKT-lərin xidmətləri çeşitləndiriləcək

BAKI, 2 may. TELEQRAF

Bank olmayan kredit təşkilatlarının xidmətləri çeşidləndiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanan “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədində qeyd edilir.

Sənəddə qeyd edilir ki, özünüməşğul şəxslər və mikro, kiçik və orta biznes subyektlərinə geniş spektrli maliyyə xidmətləri göstərilməsi üçün xidmətlər çeşidinin yenidən nəzərdən keçirilməsi və maliyyə sabitliyinə risk yaratmadan genişləndirilməsi zəruri hesab edilir: “Bu istiqamətdə, hesab açmadan pul köçürmələrinin həyata keçirilməsi, valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi, kommunal ödənişlərin aparılması üçün ödəniş əməliyyatlarının icrası, nağd pulun və digər qiymətlilərin inkassasiyası və qiymətlilərin seyf qutularında saxlanması kimi xidmət çeşidinin artırılması imkanlarına baxılacaq”.

“Bank olmayan kredit təşkilatları haqqında” qanuna əsasən BOKT-lər kreditlər verə, habelə bu məqsədlə ödəniş hesabları aça və apara, kredit kartları emissiya edə bilər. Bundan əlavə, BOKT-lər borc öhdəliklərinin alqı-satqısı (faktorinq, forfeytinq), lizinq, veksellərin uçotu, qarantiyanın verilməsi, sığorta agenti və (və ya) ödəniş agenti xidmətləri göstərə bilər.

Seçilən
0
teleqraf.com

1Mənbələr