AZ

Ləman Hüseynzadə: Məhkumların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlığı təmin olunacaq

Məhkumların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlığı təmin olunacaq

Teleqraf xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ləman Hüseynzadə “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forumun panel müzakirələrində deyib.

"Məlum olduğu kimi, sentyabrın 11-də Azərbaycan Respublikası Prezidenti tərəfindən “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb. Adıçəkilən Sərəncam cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasında, onların azadlığa çıxdıqdan sonra məşğulluğunun təmin edilməsində, həmçinin həmin şəxslərin təkrar cinayət törətməsinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.

Sərəncamın icrası ilə əlaqədar “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Fəaliyyət Planı”nın layihəsi hazırlanıb. Bu fəaliyyət planı çərçivəsində məhkumların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlığı təmin olunacaq, onların cəmiyyətə reinteqrasiyası üçün əlverişli şərait yaradılacaq", - Xidmət rəisi bildirib.

Seçilən
0
teleqraf.com

1Mənbələr