AZ

Səudiyyə klubları "Aston Villa"dan 2 futbolçu ilə maraqlanır

Səudiyyə Ərəbistanı klubları mövsümün sonunda "Aston Villa"dan qapıçı Emiliano Martinez və cinah oyunçusu Leon Beyli transfer etməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir kİ, Birmingem klubu Çempionlar Liqasına vəsiqə qazansa belə, maliyyə qaydalarına riayət etmək üçün bəzi oyunçularını satmağa hazır olacaq.

Xatırladaq ki, "Aston Villa" əvvəllər Con Duranı “Əl-Nassr”a, Musa Diabini isə “Əl-İttihad”a satmağa razılaşıb.

Seçilən
0
operativmm.az

1Mənbələr