AZ

Qanunvericiliyə yeni təkliflər hazırlanır

BAKI, 2 may. TELEQRAF

Ötən il Ombudsmanın Aparatının çağrı mərkəzinə 11 mindən artıq müraciət daxil olub.

Teleqraf xəbər verir ki, bunu Ombudsman Aparatının mətbuat katibi Araz Əsgərli “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumda panel müzakirələrində deyib.

O bildirib ki, onların içərisində fərdi şikayətlər də mövcuddur.

"Bu şikayətlər əsasında qanunvericiliyə təkliflər hazırlanır. Ötən il elə 70 təklif mövcud idi", - deyə əlavə edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr