AZ

Fransanın bütün metallurgiya sənayesi mayın 13-də Parisdə yürüşə çağırılıb

Paris, 2 may, AZƏRTAC

Bütün Fransa metallurgiya sənayesini mayın 13-də Parisə yürüş etməyə çağırıram.

AZƏRTAC xəbər verir ki, bu çağırışı Fransanın şimalındakı Nord departamentində əsas liman şəhəri olan Dunkerkdə yerləşən “ArcelorMittal” şirkətinin Ümumi Əmək Konfederasiyasının (CGT) baş katibi Qaetan Lökok bəyan edib. O, Fransada, xüsusilə də Dunkerkdə 600 iş yerinin ixtisar edilməsinə etiraz etmək üçün mayın 13-də Parisə toplaşaraq, nümayiş etməyə çağırıb.

“Səsimizi ucaltmalıyıq. Bütün Fransanın polad və metal sənayesini mayın 13-də Parisə yürüş etməyə çağırıram. Əgər 5, 10, 20 avtobusu, ailələri, təqaüdçüləri səfərbər etməli olsaq belə, bunu edəcəyik. Parisə gedəcəyik və nə edə biləcəyimizi göstərəcəyik. Biz döyüşə girməmişik, müharibəyə girmişik. Bilirik ki, bu, aylarla davam edəcək”, - deyə Q. Lökok bilbirib.

O əlavə edib ki, Dunkerkdə “ArcelorMittal” zavodunun bağlanması bütün şimali Fransa iqtisadiyyatını çökdürəcək.

1 May - Beynəlxalq Əmək Günündə şəhərdə “ArcelorMittal” zavodunun işçiləri, yüzlərlə sakin iş yerlərinin ixtisar edilməsinə qarşı olmaq üçün yürüş ediblər. Qırmızı jilet geyinmiş nümayişçilər liman şəhərində etirazlarını səsləndiriblər.

Seçilən
0
azertag.az

1Mənbələr