"Bəzən bilərəkdən və bilməyərəkdən həm media nümayəndələri, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən məxfi məlumatların paylaşılmasını müşahidə edirik. Bu barədə media subyektləri üçün məlumatlandırıcı tədbirlər görürük. Nəzərə almaq lazımdır ki, bu, dövlət sirri, hərbi sirrdir. Bu kimi halların qarşısının alınması istiqamətində maarifləndirici işlərin aparılması vacibdir. Biz müəyyən maarifləndirici görüşlər və söhbətlər aparırıq. Təbii ki, burada medianın da rolu danılmazdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov "Konstitusiya ve Suverenlik İli"ndə media gündəmi mövzusunda keçirilən panel sessiyada çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum KEÇİRİLİR - FOTO
Onun sözlərinə görə, Müdafiə Nazirliyi öz növbəsində işləri daha keyfiyyətli həyata keçirmək üçün kommunikasiya strategiyalarını daim yeniləyir.
"Digər xarici dövlətlərdə gördüyümüz təcrübələri tətbiq edirik”.
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media