Vergi borcunu ödəyə bilməyən şəxslərin avtomobilləri açıq hərrac vasitəsilə satışa çıxarılıb.
Moderator.az Valyuta.az-a istiandən xəbər verir ki, cəmi 20 manat vergi borcu olan Səbzəliyev Zaur Namizəd oğlunun 2008-ci il buraxılışlı RANGE ROVER markalı avtomobili 14 100 manata satışa çıxarılıb.
55 930 manat vergi borcu olan Quliyev Zülfü Məhərrəm oğluna məxsus MITSUBISHI L200 markalı avtomobil 12 600 manata satışa çıxarılıb. Avtomobilin buraxılış ili 2013-cü ildir.
Abasov Orucəli Turab oğluna məxsus, 2006-cı il buraxılışlı Land Rover Discovery 3 markalı avtomobildir. 12 000 manata satışa çıxarılıb. O. Abbasovun 5 588 manat vergi borcu olduğu məlum olub.
Nisbətən köhnə model olan üçüncü avtomobilin sahibi isə Cəbrayılov Murad Tacəddin oğludur. Onun 8 716 manat vergi borcu var. Onun hərraca çıxarılan əmlakı 1997-ci il buraxılışlı Mercedes Benz C-220 markalı avtomobildir. 4 500 manata satışa çıxarılıb.
Qeyd edilən qiymət avtomobillərin ilkin satış qiymətidir. Hərrac mayın 15-də saat 11:00-da keçiriləcək.