MİNGƏÇEVİR, 2 may. TELEQRAF
Azərbaycan avarçəkəni Əlimurad Hacızadə “Prezident Kuboku-2025” reqatasında qızıl medal qazanıb.
Teleqraf xəbər verir ki, Hacızadə təknəfərlik kayak növündə 1000 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, Azərbaycan idmançıları yarışın ilk iki günündə 8 medal qazanmışdı.