AZ

Müller ilə 5 klub maraqlanır

"Bavariya"nın hücumçusu Tomas Müller tezliklə azad agent olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu ilə "Vissel Kobe", "Cincinnati", "San Diego", "Los Angeles" və "Chicago Fire" yaxından maraqlanır.

Forvardın özü hələ gələcəyi ilə bağlı qərar verməyib.

Tomas Müller bu mövsüm "Bavariya"nın heyətində 41 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

Ümumilikdə, futbolçu Münxen klubunda 748 matçda 248 qol vurub və 274 məhsuldar ötürmə edib.

Seçilən
0
operativmm.az

1Mənbələr