
Prostatit kişilər arasında ən çox rast gəlinən uroloji xəstəliklərdən biridir. Bu xəstəlik həyat keyfiyyətinin pisləşməsinə və ciddi fəsadlara səbəb olur. Prostatitlə kişilərin təxminən 10%-i üzləşir. Xəstəliyin müalicəsi xüsusilə o zaman çətinləşir ki, xəstə ilkin simptomları görməzdən gəlir. Prostatitdən necə qorunmaq olar — uroloqdan məsləhətlər.Prostatit — kişilərdə prostat vəzinin iltihabıdır və çox zaman sakit, gizli şəkildə başlayır. Yorğunluq, tez-tez sidiyə getmək, aralıq nahiyəsində diskomfort kimi simptomlar ilk siqnallardır. Təəssüf ki, kişilərin əksəriyyəti bu əlamətləri ya normal qəbul edir, ya da utandığından həkimə getmir.Lakin uroloqlar xəbərdarlıq edir: prostatit vaxtında müalicə olunmazsa, cinsi funksiyanın pozulması, sonsuzluq və xroniki ağrılarla nəticələnə bilər.Nə etməli?Soyuqdəymədən qorunmaqKofein və alkoqol istifadəsini azaltmaqDaimi fiziki aktivlikNizamlı cinsi həyatVə ən önəmlisi — uroloji müayinələri gecikdirməməkUnutmayın: erkən diaqnoz həyatınızı dəyişə bilər. Sağlamlıq — susmamaqla başlayır!✍️"Ulusum".az
Diqqət Çəkənlər
Müğənni Günəş estetik cərrahdan şikayətçidir: Çılpaq fotolarımı yayımladı - VİDEO
FHN yanğın təhlükəsizliyi üzrə mediatur təşkil etdi
Yaddaş və Diqqəti Gücləndirən Elmi Sübutlu Metod: Aerobik Fiziki Fəaliyyət