Ötən il ərzində Pirallahı Tibb Mərkəzində icbari tibbi sığorta hesabına 2000-ə yaxın cərrahi əməliyyat həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən Pirallahı Tibb Mərkəzinə təşkil olunan mediaturda bildirilib.
Qeyd olunub ki, cərrahi əməliyyatlara əsasən hamiləlik, doğuş tibbi xidmətləri, sidik-cinsiyyət, həzm sistemi, dəri və dərialtı toxuma xəstəlikləri daxildir.
Qeyd olunan dövr ərzində Mərkəzə icbari tibbi sığorta ilə 85 mindən çox müraciət edilib, 350 mindən çox isə xidmət göstərilib.
Aygün Hüseyn, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta