Misli Premyer Liqasının XXXIII turu çərçivəsində bu gün keçiriləcək “Zirə” - “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik edilib.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, köməkçi hakim Namik Hüseynovun səhhətində problem yaranıb.
Onun yüksək hərarəti olduğuna görə AFFA Hakimlər Komitəsi matça digər ədalət təmsilçisini göndərmək qərarına gəlib.
N.Hüseynovu Teymur Teymurov əvəzləyib.
Qeyd edək ki, qarşılaşma Zirə İdman Kompleksinin stadionunda saat 20:00-da başlanacaq.