BAKI, 2 may. TELEQRAF
Bakı sakini olan 33 yaşlı kişi bədbəxt hadisə zamanı ölüb.
Teleqraf-ın əldə etdiyi xəbərəgörə, hadisə mayın 1-də, saat 10 radələrində Xətai rayonu 6-cı Dairəvi küçəsində yerləşən mənzildə qeydə alınıb.
1992-ci il təvəllüdlü Nicat Muxtarlı yaşadığı evin hamam otağında sərxoş vəziyyətdə yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.
O, hadisə yerində ölüb.
Faktla bağlı aaraşdırmalar aparılır.