Bakı şəhər Suraxanı rayonunda 19 yaşlı qız dəm qazından boğulub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gün Dədə Qorqud qəsəbəsində baş verib.
2006-cı il təvəllüdlü Şövqiyyə Hilal qızı Baxşıyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Yaxınları onun meyitini gecə saat 04 radələrində aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.