Bu gün “Baku Open” şahmat festivalında beşinci turun oyunları keçiriləcək.
İdman.biz xəbər verir ki, yarışın vahid lideri Məhəmməd Muradlıdır.
Dörd oyunda dörd qələbə qazanan azərbaycanlı qrossmeyster 100%-lik nəticə ilə yoluna davam edir. O, növbəti turda Avropa çempionu Aleksandar İnciç (Serbiya) ilə qarşılaşacaq.
"Baku Open"in mükafat fondu 55 min dollardır. Yarışda 16 ölkədən 700-ə yaxın şahmatçı çıxış edir.
Beşinci turun ən çox maraq doğuran görüşləri:
Məhəmməd Muradlı - Aleksandar İnciç (Serbiya)
Baadur Cobava (Gürcüstan) - Read Səmədov
Vakhap Sanal (Türkiyə) - Xəzər Babazadə
Şiroğlan Talıbov - Aditya Mittal (Hindistan)
Misrətdin İskəndərov - Q. Harşavadhan (Hindistan)
A. İllamparti (Hindistan) - Murad İbrahimli
S. Asvat (Hindistan) - Aydın Süleymanlı
Dörd turdan sonra turnir cədvəlinin üst sıralarında qərarlaşanlar:
1. Məhəmməd Muradlı - 4 xal, 2. Aleksandar İnciç (Serbiya) - 3,5, 3. Xəzər Babazadə, 4. Murad İbrahimli, 5. S. Asvat (Hindistan), 6. Misrətdin İskəndərov - hərəyə 3...
İdman.biz