AZ

“Ermənistan” Paşinyanın vəzifədən uzaqlaşdırılması ilə bağlı bəyanat verdi

BAKI, 2 may. TELEQRAF

Ermənistan parlamentindəki “Ermənistan” fraksiyası Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başladılması ilə bağlı bəyanat verib.

Teleqraf xəbər verir ki, fraksiya hazırkı durumda bunun baş verməsi üçün zəminin olmadığını bildirib.

Qeyd olunur ki, “Ermənistan” fraksiyası həmişə Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün istənilən variantdan istifadənin tərəfdarı olub:

“Nikol Paşinyana impiçment yolu ilə etimadsızlıq ifadə etmək üçün möhkəm siyasi və hüquqi əsaslar var. Digər tərəfdən, hazırkı baş nazirə etimadsızlıq səsverməsi Milli Məclisdə o halda müzakirə edilə bilər ki, prosesə başlamaq üçün azı 36 deputat öz imzalarını təqdim etsin. Prosesin uğurla başa çatması üçün Milli Məclisdə minimum 54 səs lazımdır”.

O da göz bəllidir ki, küçələrdə güclü xalq təzyiqi olmadan impiçmentin uğuru üçün lazım olan təxminən 20 əlavə səsi əldə etmək mümkün deyil. Üstəlik, hətta bu cür təzyiqlər də son nəticədə lazımi səslərin təmin olunmasına zəmanət vermir”.

Fraksiya əlavə edir ki, təşəbbüsün müəllifləri siyasi partiyaları və ya hərəkatları təmsil etmirlər və impiçmentin mümkün uğursuzluğu və onun nəticələrinə görə heç bir siyasi məsuliyyət daşımırlar:

“Bu gün onların uğur qazanmaları üçün lazım olan üsyankar kütlələri yaratmaq qabiliyyəti də görünmür. Bütün bunlar fraksiyada təşəbbüsün real məqsədləri ilə bağlı şübhələr yaradır.

Bununla belə, “Ermənistan” fraksiyası yekdilliklə bir daha təsdiq edir ki, impiçment prosesinin başlanması üçün 28 deputatımızın hamısının imzasını təqdim etməyə hazırdır.

Fraksiyamızın deputatlarını hədəfə almaq, bizimlə şantaj dilində danışmaq cəhdlərini də yolverilməz hesab edirik ki, bu da cavabsız qala bilməz.

Bu işləmək tərzi şübhələr yaradır: təşəbbüs Nikol Paşinyanı aradan götürməyə yönəlib, yoxsa “Ermənistan” fraksiyasını hədəfə almaq kimi gizli məqsəd var?”.

Xatırladaq ki, Nikol Paşinyana qarşı impiçment kampaniyasının təşkilatçıları sabiq səfir Edqar Qazaryan və “Veto” hərəkatının rəhbəri Narek Malyandır.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr