Bakı. Trend:
ADA Universitetin 13-cü Karyera Sərgisi uğurla başa çatıb. ADAUniversiteti Fondu və ABB-nin tərəfdaşlığı ilə baş tutan tədbirəölkənin müxtəlif sahələrini təmsil edən çoxsaylı şirkət və qurumlarqatılıblar.
Trend xəbərverir ki, builki sərgi əvvəlki illərlə müqayisədə həm miqyas, həmdə iştirak baxımından fərqlənib.
Belə ki, Sərgidə 152 şirkət və 350-dən çox insan resursları üzrənümayəndə iştirak edib. Bankçılıq, texnologiya, energetika, turizm,hüquq və digər sahələri əhatə edən qurumların nümayəndələri,iştirakçılara iş və təcrübə imkanları barədə məlumat veriblər,onlarla birbaşa təmaslar qurublar və yerindəcə ilkin müsahibələrkeçiriblər.
ADA Universitetinin Prorektorları Günay Ziyadova və ElkinNurməmmədov, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev vəABB bankının İnsan Resursları Departamentinin direktoru MəlahətAbdullayeva çıxışlarında bildiriblər ki, Karyera Sərgisi gənclərəəmək bazarında təmsil olunan qurum və şirkətləri daha yaxındantanımaq, özlərinə uyğun iş imkanını asanlıqla tapmaq fürsətiverir.
Qeyd edək ki, “Baker Tilly”, “EY”, “KPMG Azerbaijan”, “PwCAzerbaijan”, "PAŞA Holding", eləcə də "Azərkosmos", SOCAR, Azal,Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi kimi bir çox dövlətvə özəl qurumlar təmsil ediliblər.
Eyni gün ADA Universitetində Karyera Hazırlığı Həftəsinin dəbağlanış mərasimi keçirilib. Tədbirdə ADA Universitetinin tərəfdaşşirkətləri tərəfindən xüsusi seçim proseslərindən uğurla keçmiş100-dən artıq tələbənin adı açıqlanıb və onlara yay təcrübəsiimkanları təqdim olunub.
Həmin tələbələr Karyera Hazırlığı Həftəsi ərzində maliyyə,bankçılıq, informasiya və telekommunikasiya, audit, konsaltinq vədigər sahələrdə fəaliyyət göstərən 20 yerli və xarici müəssisənin,şirkət və qurumun yüksəkixtisaslı peşəkarları tərəfindən keçiriləntəlim və seminarlarda iştirak ediblər.
Onlar CV yazılışı, müsahibəyə hazırlıq, şəxsi brendin qurulmasıvə şirkət təqdimatları kimi mövzular barədə həm nəzəri, həm dəpraktiki bacarıqlar qazanıblar.
Universitetin Karyera Xidmətləri şöbəsinin dəstəyilə təşkiledilən Karyera Hazırlığı Həftəsində və onun yekunu olan KaryeraSərgisində ümumilikdə iki mindən çox ADA tələbəsi və məzunu iştirakedərək peşəkar əlaqələrini genişləndirmək, karyera planlarınıformalaşdırmaq və əmək bazarının real tələbləri ilə tanış olmaqimkanı əldə ediblər.