“Sumqayıt”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Msport.az xəbər verir ki, müdafiəçi İsa Suliman komandada qalıb.
İngiltərəli arxa xətt oyunçusu “gənclik şəhəri” təmsilçisi ilə müqaviləsini daha 2 il müddətinə uzadıb.
Qeyd edək ki, 2023-cü ildən “Sumqayıt”ın formasını geyinən İsa Suliman Premyer Liqada 27, ölkə kubokunda 2 oyun keçirib.