BAKI, 2 may. TELEQRAF
"Şükür Allaha, səhhətim pis deyil. Hələ xəstəxanadayam. Bir aydan artıqdır ki, özəl xəstəxanaların birində müalicə alıram".
Bu sözləri Teleqraf-a açıqlamasında Əməkdar artist Vahid Əliyev deyib.
"Ağciyərimə güclü soyuq olmuşdiu. Ürək çatışmazlığından da əziyyət çəkirəm. Allahın köməyi ilə yaxşı olacam", - V.Əliyev bildirib.
Qeyd edək ki, Vahid Əliyev 2022-ci ilin dekabr ayında infarkt keçirib. 2023-cü ilin yanvar ayında isə açıq ürək əməliyyatı edilib.
Onun 73 yaşı var.