Bakı, 2 may, AZƏRTAC
Basketbol üzrə Avroliqada pley-off mərhələsinin oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, Yunanıstanın “Olimpiakos” komandası seriyanın dördüncü matçında səfərdə İspaniyanın “Real Madrid” kollektivi ilə qarşılaşıb. Görüş qonaqların 86:84 hesablı qələbəsi ilə yekunlaşıb.
Ümumi seriyada 3:1 hesabı ilə qalib gələn “Olimpiakos” “dördlər finalı”na yüksəlib.