Misli Premyer Liqasının XXXIII turu “Zirə” – “Turan Tovuz” matçı ilə başlayacaq.
İdman.biz xəbər verir ki, bugünkü qarşılaşma rəqiblərin ölkə çempionatlarında 12-ci dueli olacaq.
Komandalar indiyədək 11 oyunda üz-üzə gəliblər. 6 qələbəsi olan “Zirə” 2 heç-heçə edib və 3 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 15-10.
“Turan Tovuz” son 2 oyunda qol vurmayıb. “Zirə”nin son 2 ev matçı heç-heçə nəticələnib.
01.10.2022 | Turan Tovuz - Zirə | 1:3 |
04.12.2022 | Zirə - Turan Tovuz | 2:1 |
24.02.2023 | Turan Tovuz - Zirə | 0:2 |
01.05.2023 | Zirə - Turan Tovuz | 1:3 |
06.10.2023 | Zirə - Turan Tovuz | 2:1 |
16.12.2023 | Turan Tovuz - Zirə | 1:0 |
02.03.2024 | Zirə - Turan Tovuz | 1:1 |
05.05.2024 | Turan Tovuz - Zirə | 1:2 |
06.10.2024 | Turan Tovuz - Zirə | 1:0 |
15.12.2024 | Zirə - Turan Tovuz | 0:0 |
04.03.2025 | Turan Tovuz - Zirə | 0:2 |
Qeyd edək ki, matç saat 19:00-da başlayacaq.
İdman.biz