Misli Premyer Liqasında mübarizə aparan "Sumqayıt" rəhbərliyi yeni müqaviləyə imza atıb.

Offsideplus.az xəbər verir ki, komandanın futbolçusu İsa Sulimanla razılaşmanın müddəti uzadılıb. O, daha 2 il "gənclik şəhəri" təmsilçisinin şərəfini qoruyacaq.

Xəbəri klubun mətbuat xidməti  yayıb.

Qeyd edək ki, Suliman "Sumqayıt"da 2023/24 mövsümündən forma geyinir. 27 yaşlı ingilis müdafiəçi bu müddət ərzində 29 matça çıxıb, 4 qol vurub.