Nigeriya millisinin və "Atalanta"nın hücumçusu Ademola Lookman İtaliya çempionatından İspaniya La Liqasına keçə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.
Məlumata görə, "Barselona" afrikalı hücumçunun transferində maraqlıdır.
“Mavi qranatlar”ın bossları Lookman üçün 50 milyon avro ödəməyə hazırdır.
Ademolanın İtaliya klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Cari mövsümdə 27 yaşlı hücumçu İtaliya çempionatında 28 oyun keçirib və 13 qola imza atıb.