Bakı. Trend:
Azərbaycanda qida təhlükəsizliyi sahəsində ikinci dövlətproqramı hazırlanır.
Trendxəbər verir ki, bu sözləri AQTA-nın sədr müavini Balarəhim Quliyevbu gün Bakıda keçirilən Aqrobiznesin İnkişafı Forumunda deyib.
"Azərbaycanda qəbul olunmuş 2019-2025-ci illər ərzindəAzərbaycanda qida təhlükəsizliyi ilə bağlı dövlət proqramıyekunlaşmaq üzrədir. Hazırda ikinci dövlət proqramının layihəsihazırlanır. Yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.
Əlavə olaraq, heyvan və bitki sağlamlığı haqqında yeni qanunlayihələri hazırlanır. Bu qanunlardan irəli gələn çoxlu saydahüquqi və normativ texniki sənədlər üzərində iş gedir.
Hazırda Azərbaycanın istehsal etdiyi balın Avropa İttifaqıölkələrinə çıxarılması üçün işlər həyata keçirilir.
Çin bazarlarına aqrobiznes sahəsində fəaliyyət göstərənsahibkarların məhsullarını çıxarma yönündə işlər görülür.
Azərbaycanın quşçuluq məhsullarının ərəb ölkələrinə və ABŞ-yəixracı ilə əlaqədar işlər görülməkdədir.
Şərqi Zəngəzur regionunda dabaq xəstəliyi daxil olmaqla, bir çoxxəstəliklərdən azad olma istiqamətində xüsusi zonanın yaradılmasıistiqamətində fəaliyyət davam edir".