Aprelin 30-da Sabirabadda “Priora” markalı avtomobilin aşması nəticəsində qardaşlardan biri ölüb, digəri isə yaralanıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, qəza nəticəsində 27 yaşlı Raqif Məmmədov və 25 yaşlı qardaşı Elşad Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıb.
Ağır xəsarətlər alan E.Məmmədov xəstəxanada həyatını itirib.