BAKI, 2 may. TELEQRAF
Bu ilin birinci rübündə Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta üzrə 869 min manat sığorta haqqı toplanılıb.
Teleqraf xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 290 min manat və ya 25 faiz azdır.
Hesabat dövründə bu sığorta növü üzrə sığorta ödənişləri isə 7,8 dəfə artaraq 345 min manat olub.
Bu sığorta növü səhhətdə baş verə biləcək xərcəng, insult, miokard infarktı, böyrək çatışmazlığı, iflic və aorta - koronar şuntlama, əsas orqanların transplantasiyası kimi xəstəliklərlə üzləşdikdə sığorta müqaviləsində göstərilən məbləğinödənilməsini təmin edir.