Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio "Foks Nyus" telekanalına müsahibəsində Ukraynanın 2014-cü ilə qədər mövcud olan sərhədlərə qayıda bilməyəcəyini bildirib.
Rubio deyib: "Ukrayna Rusiyanı 2014-cü il sərhədlərinə qaytara bilməz".
Rubionun sözlərinə görə, Vaşinqton Ukrayna münaqişəsinin nizamlanmasına nail olmaq üçün çalışmağa davam edir. Dövlət katibi Moskva ilə Kiyevin mövqelərinin hələ bir-birindən çox uzaq olduğunu da qeyd edib.
Hürr Tərcüman