AZ

Bakıda Beynəlxalq Xalça Forumunun açılışı olub (FOTO)

Bakı. Trend:

Bakının biznes-mərkəzində xalçaçılıq sənayesinin aparıcımütəxəssisləri, dizaynerləri, istehsalçıları və araşdırmaçılarınıbir araya gətirən Beynəlxalq Xalça Forumunun açılışı olub.

Trend xəbərverir ki, forum 2-4 may tarixlərində keçirilən Beynəlxalq XalçaFestivalı çərçivəsində, Azərbaycan Respublikasının İqtisadiyyatNazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin(AZPROMO) dəstəyi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuİdarəsi və “Azərxalça” ASC tərəfindən təşkil olunub.

Forumda çıxış edənlər arasında “Azərxalça” ASC-nin MüşahidəŞurasının sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov,“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarəHeyətinin sədri Rüfət Mahmud, AZPROMO-nun icraçı direktorununmüavini Tural Hacılı yer alır.

Forumun proqramına plenar sessiyalar, tematik panelmüzakirələri, B2B görüşlər, eləcə də Azərbaycan, Gürcüstan,Latviya, Türkmənistan, Yaponiya, Qırğızıstan, Rumıniya, BöyükBritaniya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan nümayəndələrininiştirakı ilə gənc alimlər üçün xüsusi bölmələr daxildir.

Festival 3-4 may tarixlərində İçərişəhərin tarixi küçələrindədavam edəcək. Qədim karvansaralar və meydanlarda xalça sərgiləri,ustad dərsləri, interaktiv teatr tamaşaları və musiqi tədbirlərikeçiriləcək. Dünyanın müxtəlif ölkələrinin nümayəndələri özxalçaçılıq ənənələrini nümayiş etdirəcək, iştirakçı ölkələrin millipavilyonları fəaliyyət göstərəcək. Eyni zamanda, incəsənət ustaları– Eldar Mikayılzadə, Aydan Salahova, Samirə Allahverdiyeva, FaiqƏhməd və digərlərinin sərgiləri, müxtəlif rəngarəng və interaktivperformanslar təşkil olunacaq.

Festivalın əsas məqsədi, Azərbaycanın xalçaçılıq sənətinin dünyasəviyyəsində populyarlaşdırılması, onun zəngin irsinin və gələcəkinkişaf perspektivlərinin nümayişi, eləcə də dünyanın xalçaçılıqsənətkarları ilə bu sahə üzrə təcrübə və bacarıqlarınmübadiləsidir.

Qeyd edək ki, festival “İçərişəhər”in UNESCO-nun Ümumdünya İrsiSiyahısına daxil edilməsinin 25 illiyinə və Azərbaycan xalçaçılıqsənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasının15 illiyinə təsadüf edir.

Festival haqda daha ətraflı bu saytdan məlumat ala bilərsiniz:https://bakucarpetfest.az/

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr