BAKI, 2 may. TELEQRAF
"Dövlət sektorunda son illərdə aparılan dəyişikliklər sadəcə fiziki infrastrukturun yenilənməsi deyil".
Teleqraf xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forumda deyib.
O bildirib ki, xidmət keyfiyyətinin yüksəldilməsi və iqtisadi artımın sürətləndirilməsi də əsas prioritetlərdəndir.
Onun sözlərinə görə, növbəti 5 il üçün yol xəritəsi müəyyənləşdirilib:
"Təhlükəsiz, dayanıqlı və ən əsası insan yönümlü şəhər infrastrukturuna keçid müəyyən edilib".