"Sumqayıt" klubu futbolçusu İsa Sulimanla müqavilənin müddətini uzadıb.
Bu barədə "Report"a "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiəçi ilə qüvvədə olan sözləşmə daha 2 il müddətinə artırılıb.
Qeyd edək ki, 2023/24 mövsümündən komandada çıxış edən İsa Suliman 27 Premyer Liqa və 2 kubok matçında meydanda olub. O, bu matçlarda 4 qol vurmağa nail olub.