İngilis tennisçi Cek Dreyper ATP sıralamasında ilk beşə yüksəlib.
Offsideplus.az xəbər verir ki, gənc raket ustası Novak Cokoviçi geridə qoyub və 5-ci yeri ələ keçirib.
Dreyper XXI əsrdə Rafael Nadaldan sonra ilk beşdə olan ikinci sol əlli tennisçi olub.
Əlavə edək ki, sıralamaya dopinq cəzası yenicə başa çatan Yannik Sinner başçılıq edir. 2-ci yeri Aleksandr Zverev, 3-cü yeri isə Karlos Alkaras tutur.