Nigeriya millisinin və "Atalanta"nın hücumçusu Ademola Lukman İtaliya çempionatından İspaniya La Liqasına keçə bilər.
90deqiqe.Az-ın "El Nacional"a istinadən verdiyi xəbərə görə, afrikalı hücumçunun transferində “Barselona” maraqlıdır.
“Mavi qranatlar” Lukman üçün müqaviləsində satın alma maddəsi kimi nəzərdə tutulan 50 milyon avro ödəməyə hazırdır. Kataloniya təmsilçisi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
Ademolanın "berqamaşçılar"la hazırkı əmək müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Cari mövsümdə 27 yaşlı hücumçu İtaliya çempionatında 28 oyun keçirib və 13 qola imza atıb.