Uzun illərdir bütün dünyaya nəzarət uğrunda, hətta yeri gəldiyində güc tətbiqindən belə çəkinməyən ABŞ-ın önündə Çin kimi bir rəqib sırf iqtisadi müstəvidə gücələnərək yenilməz rəqibə çevrilməkdədir. Bəli, Çin heç bir ölkəni hərbi-siyasi baxımdan nəzarətə götürməyə çalışmır, sırf iqtisadi-maliyyə dəstəyi ilə ölkələri tərəfdaşa çevirir.
Hafta.az-ın “Strategic Partner”a istinadən yazdığına görə, hər zaman inkişaf etməkdə olan ölkələrin Qərbə borcu gündəmdə olduğu halda, son illər Çinə borclarla bağlı da suallar yaranır. Dünya Bankının araşdırmasına əsasən 2022-ci ilin yekunlarına görə, çox sayda ölkə artıq Çinə xeyli borc ödəmək faktı ilə üzləşib.
Bu ölkələrdən ilk iyirmiliyi təqdim edirik:
1. Pakistan 26,6 milyard dollar, 2. Anqola 21 milyard dollar, 3. Şri-Lanka 8,9 milyard dollar, 4. Efiopiya 6,8 milyard dollar, 5. Keniya 6,7 milyard dollar, 6. Zambiya 6,1 milyard dollar, 7. Banqladeş 6,1 milyard dollar, 8. Laos 5,3 milyard dollar, 9. Misir 5,2 milyard dollar, 10. Nigeriya 4,3 milyard dollar, 11. Ekvador 4,1 milyard dollar, 12. Kamboca 4 milyard dollar, 13. Belarus 3,9 milyard dollar, 14. KotDivuar (Fil Dişi Sahili) 3,9 milyard dollar, 15. Kamerun 3,8 milyard dollar, 16. CAR 3,4 milyard dollar, 17. Konqo (Brazzavil) 3,4 milyard dollar, 18. Braziliya 3,4 milyard dollar, 19. Monqolustan 3,0 milyard dollar, 20. Argentina 2,9 milyard dollar.