Televiziya verilişlərində xüsusilə şəxsi həyatın toxunulmazlığı hüququ, şərəf və ləyaqətin müdafiəsi məsələləri pozulur.
"Report" xəbər verir ki, bunu Ali Məhkəmə Kollegiyasının sədri Sənan Hacıyev mayın 2-də Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forumda deyib.
Onun sözlərinə görə, göstərilənlər nəzərə alınaraq yaxın zamanda Ali Məhkəmə tərəfindən buna uyğun mühüm qərarların qəbul olunması nəzərdə tutulub.