AZ

Sənan Hacıyev: Televiziya verilişlərində şəxsi həyata müdaxilə vərdiş halını alıb

BAKI, 2 may. TELEQRAF

Son illər məhkəmələrdə media ilə iş üzrə şəxslər təyin edilib.

Teleqraf xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü Sənan Hacıyev “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumda deyib.

O bildirib ki, baxılan hər bir iş üzrə məlumatlara əlçatanlıq təmin edilib.

Onun sözlərinə görə, cinayət işləri üzrə məlumatların yayımlanması zamanı yanlış ictimai fikrin formalaşması nəzərə alınır.

"Təəssüf ki, televiziya verilişlərində şəxsi həyata toxunulmazlıq halları nəzərə alınmır və bu vərdiş halı alıb", - deyə əlavə edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr