AZ

NBA: "Nyu-York Niks" 1/4 finala yüksəlib, “Los-Anceles Klippers” seriyanı bərabərləşdirib

Bakı, 2 may, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) 1/8 final mərhələsinin oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, "Nyu-York Niks" seriyanın altıncı matçında “Detroit Pistons”la qarşılaşıb. Görüş Nyu-York təmsilçisinin 116:113 hesablı qələbəsi ilə yekunlaşıb.

Seriyada 4:2 hesabı ilə qalib gələn "Nyu-York Niks" növbəti raunda yüksəlib.

“Los-Anceles Klippers” isə “Denver Naqqets”ə 111:105 hesabı ilə qalib gələrək, seriyanı bərabərləşdirib – 3:3. Komandalar arasında həlledici oyun mayın 3-də təşkil olunacaq.

Seçilən
0
azertag.az

1Mənbələr