AZ

Bu il də rayon mərkəzi xəstəxanalarında monitorinqlərin aparılması davam etdirilir - Hikmət İbrahimli

Ötən il Pirallahı Tibb Mərkəzində monitorinqlər həyata keçirilib.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirdi.

Onun sözlərinə görə bu zaman tibbi xidmətlərin təşkili, həmçinin infrastruktur, texniki avadanlıqların vəziyyəti və tibb heyətinin göndərişlərin verilməsi üzrə bilik səviyyəsi qiymətləndirilib. Departament müdirinin sözlərinə görə, aşkarlanan müsbət cəhətlərlə yanaşı, bəzi inkişaf etdirilməli sahələr də müəyyən edilib və onların aradan qaldırılması yönündə tədbirlər görülüb.  Ümumiyyətlə, tibb müəssisələrində həyata keçirilən monitorinqlərin məqsədi vətəndaşların icbari tibbi sığortadan maneəsiz şəkildə faydalanmasını təmin etmək, tibbi xidmətlərin keyfiyyətini yüksəltmək və bununla da ümumi məmnunluğu artırmaqdır. 

Monitorinqlər dövlət tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqi və təşkili vəziyyətini dəyərləndirməyə yönəlib. Qiymətləndirmə zamanı əsas meyarlar kimi Xidmətlər Zərfində nəzərdə tutulan tibbi xidmətlərin təşkili, pasiyent qəbulu və qeydiyyat prosedurlarının düzgün aparılması, kompüter avadanlıqlarının və internet bağlantısının mövcudluğu, eləcə də maddi-texniki təchizatın səviyyəsi nəzərə alınır. Onun sözlərinə görə, bu il də rayon mərkəzi xəstəxanalarında monitorinqlərin aparılması davam etdirilir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
0
7
ikisahil.az

9Mənbələr