AZ

May-iyunda Ombudsman tərəfindən “Konstitusiya və Suverenlik İli” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçiriləcək

Bakı. Trend:

18 may - 18 iyun tarixlərində Ombudsman tərəfindən təşkilediləcək insan hüquqları aylığı çərçivəsində ölkə Prezidentininmüvafiq Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli”mövzusunda silsilə maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdətutulur.

Trend xəbər verir ki, bunu İnsan Hüququları üzrə Müvəkkil SəbinəƏliyeva Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan“İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumunaçılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bununla əlaqədar olaraq media nümayəndələrinihəmin tədbirlərdə aktiv iştirak etməyə dəvət edir.

“Beləliklə, əminəm ki, bugünkü Forum insan hüquq vəazadlıqlarının daha səmərəli müdafiəsi sahəsində birgəəməkdaşlığımızın genişləndirilməsinə əlverişli şərait yaratmaqlayanaşı, mediadan düzgün və səmərəli istifadə olunması imkanlarınınqiymətləndirilməsi baxımından da faydalı olacaq”, - deyə S.Əliyevəfikrini yekunlaşdırıb.

Seçilən
0
1
az.trend.az

2Mənbələr