Belçikalı futbolçu Kevin De Bruyne cari mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq.

Offsideplus.az xəbər verir ki, "Aston Villa" klubu 33 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.

Bu barədə "Footbal Insider" məlumat yayıb.

De Bruyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir. O, cari mövsüm 35 oyunda 5 qol vurub və 8 məhsuldar ötürmə edib.